VIII fəsil. Yaşayış sahəsinin sosial kirayəsi
Maddə 81. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin dəyişdirilməsi
81.1. Bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır.