VIII fəsil. Yaşayış sahəsinin sosial kirayəsi
Maddə 71. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahələrini dəyişdirmək hüququ
71.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin kirayəyə verənin və yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşadıqları yaşayış sahəsini sosial kirayə müqaviləsi ilə digər kirayəçiyə verilmiş yaşayış sahəsi ilə dəyişdirmək…