VII fəsil. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydası və əsasları
Maddə 56. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi
56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir.
56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri…