VII fəsil. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydası və əsasları
Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması
49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür.