VI fəsil. Çoxmənzilli binada sahə mülkiyyətçilərinin ümumi əmlakı və həmin mülkiyyətçilərin ümumi yığıncağı
Maddə 41. Kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payların müəyyən edilməsi
41.1. Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin ölçülərinə mütənasibdir.
41.2. Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi…