XIII fəsil. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması və fəaliyyəti
Maddə 122. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqları
122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır:
122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının…