XI fəsil. Mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti
Maddə 111. Mənzil-tikinti kooperativinin nizamnaməsi
111.1. Mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi…