X fəsil. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onların istifadə edilməsi
Maddə 102. Vətəndaşların xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması
102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə…