IX fəsil. Məhkəmə qərarları
Maddə 77. Ərizə əsasında məhkəmə qərarının mətnində düzəliş edilməsi
77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə…