IX fəsil. Məhkəmə qərarları
Maddə 75. Məhkəmə qərarının elan olunması və təqdim edilməsi
75.1. Şifahi məhkəmə baxışının qurtardığı gün inzibati mübahisələrə dair iş üzrə qərarı qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qərarın giriş və nəticəvi hissələrini elan edir, qərardan şikayət etmə qaydası və müddətini, habelə…