IX fəsil. Məhkəmə qərarları
Maddə 69. Məhkəmə qərarının forması və məzmunu
69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir:
69.1.1. giriş hissəsindən;
69.1.2. təsviri hissədən;
69.1.3. əsaslandırma hissəsindən;
69.1.4. nəticəvi hissədən.
69.2. Məhkəmə qərarının giriş hissəsində onun qəbul edildiyi tarix və yer, qərarı qəbul edən məhkəmənin adı, qərarın qəbul…