Xüsusi hissə · XVIII bölmə · Qeyri-rezidentlərin ayrı-ayrı kateqoriyaları üçün gömrük güzəştləri
Maddə 308. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin başçıları və digər diplomatik heyət üzvləri üçün gömrük güzəştləri
308.1. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin başçıları və digər diplomatik heyət üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti…