Xüsusi hissə · XVIII bölmə · Qeyri-rezidentlərin ayrı-ayrı kateqoriyaları üçün gömrük güzəştləri
Maddə 307. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri
307.1. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri özlərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad…