LIX fəsil. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat
Maddə 524. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata baxılması qaydası
524.1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla açıq məhkəmə iclasında baxılır.
524.2. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində hökmün və ya…