LIX fəsil. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat
Maddə 523. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair rəsmi müraciətin məzmunu
523.1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair rəsmi müraciətdə aşağıdakılar göstərilməlidir:
523.1.1. Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının adı;
523.1.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;