LVIII fəsil. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat
Maddə 509. Məhkəmə hökmünün icrası zamanı məhkumun hüquqlarının təmin edilməsi
509.1. Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir:
509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında;
509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən…