LVIII fəsil. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat
Maddə 508. Hökmün və ya məhkəmənin digər yekun qərarlarının icrası sahəsində vəzifəli şəxslərin vəzifələri
508.1. Müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.
508.2. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri hökmün və ya…