I fəsil. Cinayət-prosessual qanunvericiliyi
Maddə 5. Cinayət-prosessual qanunvericiliyin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində qüvvəsi
5.1. Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.
5.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq…