I fəsil. Cinayət-prosessual qanunvericiliyi
Maddə 4. Cinayət-prosessual qanunvericiliyin zamana görə qüvvəsi
4.1. Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.
4.2. Cinayət prosesi iştirakçılarının hüquqlarını məhdudlaşdıran…