LV fəsil. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat
Maddə 478. Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi
478.1. Şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, məhkəmə həkim komissiyasının rəyinə əsaslanmış müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı üzrə tibbi xarakterli məcburi…