LV fəsil. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat
Maddə 477. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə məhkəmə baxışının xüsusiyyətləri
477.1. Məhkəmə istintaqı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin zəruriliyi barədə dövlət ittihamçısının məruzəsi ilə başlanır. Sonra məhkəmə cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutları tədqiq edir və barəsində icraat…