LIV fəsil. Yeni açılmış hallar üzrə icraat
Maddə 466. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin ilkin öyrənilməsi
466.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə ilkin baxılmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə tapşırır.
466.2. Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına…