LIV fəsil. Yeni açılmış hallar üzrə icraat
Maddə 465. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə dair tələblər
465.1. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizədə aşağıdakılar göstərilir:
465.1.1. ərizə ilə müraciət edən şəxsin soyadı, adı, atasının adı və prosessual statusu;
465.1.2. mübahisə edilən hökm və ya qərarın dəqiq adı (sənəd nə vaxt, kim tərəfindən və hansı icraat üzrə…