XLV fəsil. Yekun məhkəmə qərarının çıxarılması
Maddə 350. Məhkəmənin bəraət hökmü
350.1. Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.
350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş…