XLV fəsil. Yekun məhkəmə qərarının çıxarılması
Maddə 349. Məhkəmənin hökmünə dair irəli sürülən ümumi tələblər
349.1. Məhkəmənin hökmü Azərbaycan Respublikasının adından çıxarılır.
349.2. Məhkəmənin hökmü ittihamedici, yaxud bəraətverici ola bilər.
349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.
349.4. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər…