XLI fəsil. Məhkəmə baxışının ümumi şərtləri
Maddə 317. Məhkəmə iclasına gəlməmiş şahid, ekspert və ya mütəxəssisin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsinin mümkünlüyü barədə məsələnin həlli
317.1. Bu Məcəllənin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə…