XLI fəsil. Məhkəmə baxışının ümumi şərtləri
Maddə 316. Məhkəmə baxışında mülki iddiaçının iştirakı və onun gəlməməsinin nəticələri
316.1. Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək üçün bu Məcəllənin 89.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər.
316.2. Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu…