XLI fəsil. Məhkəmə baxışının ümumi şərtləri
Maddə 311. Təqsirləndirilən şəxsin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri
311.1. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edir və bu Məcəllənin 91.5 və 91.6-cı maddələrində nəzərdə tutulmuş hüquqlardan istifadə edir.
311.2. Təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız bu Məcəllənin 299.9.2-ci və 299.9.3-cü maddələrində nəzərdə…