XLI fəsil. Məhkəmə baxışının ümumi şərtləri
Maddə 310. Məhkəmə iclasında qaydanın təmin edilməsi
310.1. Məhkəmə baxışı zamanı məhkəmənin iclas zalına daxil olmasından əvvəl dövlət icra məmuru elan edir:
«Məhkəmə gəlir». Bundan dərhal sonra məhkəmə iclasında iştirak edən bütün şəxslər ayağa qalxmalıdırlar və yalnız məhkəmə öz yerini tutduqdan sonra onlar öz yerlərini tuta bilərlər.