XXVII fəsil. Təqsirləndirilən şəxs qismində cəlb etmə
Maddə 223. Təqsirləndirilən şəxs qismində cəlb etmənin əsası və qaydası
223.1. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur.
223.2. Bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar…