XXVI fəsil. İbtidai araşdırmanın ümumi şərtləri
Maddə 222. İbtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi
222.1. İbtidai araşdırma məlumatlarının yayılması, bu Məcəllənin 222.2 və 222.6-cı maddələrində nəzərdə tutulmuş hallardan başqa, yolverilməzdir.
222.2. İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya…