XVII fəsil. Qətimkan tədbirləri
Maddə 172. Vəzifədən kənarlaşdırma
172.1. Vəzifədən kənarlaşdırma qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin öz vəzifə səlahiyyətlərini icra etməsinə, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağan qoyulmasından ibarətdir.
172.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma…