XVII fəsil. Qətimkan tədbirləri
Maddə 171. Komandanlığın müşahidəsi altına vermə
171.1. Komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin xidmət etdiyi və ya toplanışlar keçdiyi hərbi hissə və ya birləşmə komandirinin, hərbi müəssisə rəisinin üzərinə bu şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına…