XVI fəsil. Tutulma
Maddə 151. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şübhəli və ya təqsirləndirilən şəxsin tutulması
151.1. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulduqda, müstəntiq və ya prokuror onun tutulması barədə qərar çıxara bilər.
151.2. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri hakim tərəfindən seçilmişsə, qətimkan tədbirinin şərtlərini…