XVI fəsil. Tutulma
Maddə 150. İttiham elan etmək üçün şəxsin tutulması
150.1. Cinayət işi üzrə toplanmış sübutlar şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə və bu şəxs başqa ərazidə yaşadıqda, yaxud onun olduğu yer məlum olmadıqda, müstəntiq və ya prokuror həmin şəxsin tutulması barədə qərar çıxara bilər. Cinayət prosesini həyata keçirən…