XIV fəsil. Sübutlar
Maddə 133. Əşyaların xarab olması, məhv edilməsi və ya itirilməsinin nəticələri
133.1. Ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyanın dəyəri məhkəmə məsrəflərinə aid edilir. Bu əşya məhkum olunmuş şəxsə və ya mülki cavabdehə məxsus olduqda, onun dəyəri ödənilmir. Bu əşya başqa şəxsə mənsub olduqda, onun…