XIV fəsil. Sübutlar
Maddə 132. Cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə qəbul edilən qərarlar
132.1. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:
132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara…