X fəsil. Cəzaçəkmə müəssisələrində rejim
Maddə 74. Cəzaçəkmə müəssisələrində rejim və onun əsas tələbləri
74.1. Cəzaçəkmə müəssisələrində rejim qanunla və normativ hüquqi aktlarla müəyyən olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası və çəkilməsi qaydasıdır. Rejim məhkumların mühafizəsini və təcrid olunmasını, onlara daim nəzarət edilməsini, onların üzərinə…