IX fəsil. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasının ümumi müddəaları
Maddə 73. Məhkumun cəzanı bir cəzaçəkmə müəssisəsində çəkməsi
73.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər bir qayda olaraq cəzalarının bütün müddətini bir cəzaçəkmə müəssisəsində, həbsxanada və ya tərbiyə müəssisəsində çəkirlər.
73.2. Məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə…