VII fəsil. İslah işləri növündə cəzanın icrası
Maddə 51-6. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxs barəsində tətbiq edilən həvəsləndirmə tədbirləri
51-6.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə cəzanın icrası qaydalarını nümunəvi yerinə yetirdiyinə görə icra məmuru tərəfindən təşəkkür elan edilə, əvvəllər verilmiş tənbeh götürülə, istirahət və bayram günlərini müəyyən edilmiş ərazi hüdudlarından kənarda keçirməyə…