VII fəsil. İslah işləri növündə cəzanın icrası
Maddə 47. İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürənin vəzifələri
47.0. İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürən:
47.0.1. məhkəmə hökmünün məzmununu əmək kollektivinin nəzərinə çatdırır;
47.0.2. iş yeri üzrə məhkumların davranışına nəzarət edir və onlarla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir;
47.0.3. məhkumların əmək intizamına riayət etməsinə nəzarət…