XIX fəsil. Cəza çəkməkdən azad etmə
Maddə 173. Hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri
173.1. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi azad edildiyi gündən on beş gün ərzində qeydiyyata götürülməsi ilə əlaqədar üzrsüz səbəbdən icra məmuruna müraciət etmədikdə, onun yerinin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir…