XIX fəsil. Cəza çəkməkdən azad etmə
Maddə 168. Cəza müddətinin qurtarması ilə əlaqədar cəza çəkməkdən azad etmə qaydaları
168.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə, həmçinin hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaların müddəti cəza çəkmənin…