XIV fəsil. Müxtəlif növlü cəzaçəkmə müəssisələrində cəzanın icrası
Maddə 113. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri
113.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərazisinin daxilində hərəkət edə bilərlər.
113.2. Ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş…