XIV fəsil. Müxtəlif növlü cəzaçəkmə müəssisələrində cəzanın icrası
Maddə 112. Ümumi rejimli cəzaçəkmə müəssisələri
112.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum…