VII fəsil. Vergilərin ödənilməsi üzrə ümumi qaydalar
Maddə 76-1. Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatların və sənədlərin verilməsi
76-1.1. Maliyyə institutları qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.