VII fəsil. Vergilərin ödənilməsi üzrə ümumi qaydalar
Maddə 75. Vergi ödəyiciləri ilə münasibətdə bankların və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarının, habelə elektron pul təşkilatlarının vəzifələri
75.0. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları, habelə elektron pul təşkilatları borcludurlar:
75.0.1. yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq…