XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında tətbiq edilən vergitutmanın xüsusiyyətləri[1496]
Maddə 226. Vergitutma ilə bağlı ümumi müddəalar
226.1. Bu fəsil işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir. İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər bu Məcəllənin I - XVII…