IX fəsil. Hüquqi şəxslərin mənfəət vergisi
Maddə 160. Vergiyə cəlb edilməyən əməliyyatlar, o cümlədən müəssisənin təqdim edilməsi[1030]
160.1. Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır.[1031]
160.2. Bu Məcəllənin 160.1-ci maddəsində göstərilən halda müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin bu fəsildə göstərilən və təqdim edilən müəssisəyə…