IX fəsil. Hüquqi şəxslərin mənfəət vergisi
Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası
139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.
139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi…